XİN rəsmisinin Vətən müharibəsi barədə müsahibəsi Peru mətbuatında yayılıb

XİN rəsmisinin Vətən müharibəsi barədə müsahibəsi Peru mətbuatında yayılıb Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti tanınmış jurnalist Rikardo Sançesə verdiyi müsahibə Peru mətbuatında yayılıb.
Xarici siyasət
21 Sentyabr , 2021 04:55
 XİN rəsmisinin Vətən müharibəsi barədə müsahibəsi Peru mətbuatında yayılıb

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti tanınmış jurnalist Rikardo Sançesə verdiyi müsahibə Peru mətbuatında yayılıb.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixindən danışılıb, qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, o cümlədən Ermənistanın icra etməkdən boyun qaçırdığı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib.

Məqalədə E.Məmmədova istinadən Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş hərəkətləri, bu məqsədlə danışıqlar prosesini gecikdirmək istiqamətində beynəlxalq hüquqa zidd olan əməllərindən danışılıb.

Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu, etnik təmizləməyə məruz qalmış Azərbaycan torpaqlarında qanunsuz olaraq əcnəbiləri məskunlaşdırdığı, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə çalışdığı vurğulanıb. Azərbaycan xalqına qarşı cinayətlər və Xocalıda törədilmiş qanlı soyqırımından bəhs edilib.

Müsahibədə 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Ermənistanın müharibə cinayətlərindən bəhs olunub, o cümlədən hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə, Horadiz və Tərtər şəhərlərinin ballistik raket və artilleriya atəşlərinə tutulması nəticəsində günahsız insanların öldürüldüyü və yüzlərlə insanın yaralandığı qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin, sərhədlərin delimitasiyası və demarkasiyasının Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən olduğu, lakin bu günədək Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı qarşılıqlı addım atılmadığı bildirilib.

Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktları ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, habelə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyi vurğulanıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin Peru Respublikasının yeni seçilmiş Prezidentinə təbrikləri xatırladılaraq, iki ölkə arasında səmimi dostluq münasibətlərinin gələcəkdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində də daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə dair ümid ifadə olunub.

Son xəbərlər

Orphus sistemi