Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub

Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub Növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.
Xarici siyasət
28 dekabr 2023 11:38
Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub

Növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub.

"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.

Nazir bildirib ki, proses artıq başlayıb: "Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir".

C.Bayramov qeyd edib ki, seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılır.

Son xəbərlər

Orphus sistemi