Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər Bu ilin 26 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Xarici siyasət
26 Yanvar , 2021 16:34
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi