XİN: "İndiyədək bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunmasına çağırış edilməyib"

XİN: "İndiyədək bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunmasına çağırış edilməyib" "Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib".
Xarici siyasət
27 Sentyabr , 2023 13:14
XİN: İndiyədək bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunmasına çağırış edilməyib

"Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqətli şəraitdə qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki vəziyyətlə əlaqədar şərhinə münasibətində deyib.

O bildirib ki, Azərbaycanın 44 günlük müharibədən, o cümlədən antiterror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün köməklik göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik:"Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi