Xələf Xələfov: "Ermənistan dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün iyrənc addımlar atmağa başlayıb"

Xələf Xələfov: "Ermənistan dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün iyrənc addımlar atmağa başlayıb" “İndiki Ermənistan rejimi hərb meydanında iflas olduqdan, sülh prosesində bankrot olduqdan sonra artıq Azərbaycana qarşı hücumları, təcavüzkarlıq siyasətini və azərbaycanlılara qarşı hücumları daha çox erməni icması yaşayan ayrı-ayrı ölkələrin mərkəzi şəh
Xarici siyasət
23 İyul , 2020 13:08
Xələf Xələfov: Ermənistan dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün iyrənc addımlar atmağa başlayıb
Xələf Xələfov

“İndiki Ermənistan rejimi hərb meydanında iflas olduqdan, sülh prosesində bankrot olduqdan sonra artıq Azərbaycana qarşı hücumları, təcavüzkarlıq siyasətini və azərbaycanlılara qarşı hücumları daha çox erməni icması yaşayan ayrı-ayrı ölkələrin mərkəzi şəhərlərinə, küçələrinə keçirib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.

“Bu, Vaşinqtonda, Los-Ancelesdə, Varşavada, Brüsseldə, Parisdə Torontoda, Stokholmda və digər ölkələrin paytaxt və böyük şəhərlərində baş verməkdədir. Mahiyyət ondan ibarətdir ki, Ermənistanın hakim rejiminin Azərbaycana qarşı təcavüzün genişləndirilməsi istiqamətində atdığı addımlar iflasa uğradıqdan və danışıqlar prosesində bankrot siyasət sahibi olmasından sonra dünya ictimaiyyətinin bu problemin həll olunmasındakı diqqətini yayındırmaq üçün bu cür iyrənc və məkrli addımlar atmağa başlayıb”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi