XİN: Ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq

XİN: Ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq “Bilirsiniz ki, bu qarşdurmalarda Azərbaycan tərəfindən vətənpərvər insanlar iştirak edir və bunlar dinc yolla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirlər. Ermənilər tərəfdən isə radikal erməni qruplaşmaları, heç bir hücum faktlarından,
Xarici siyasət
23 İyul , 2020 13:18
XİN: Ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq

“Bilirsiniz ki, bu qarşdurmalarda Azərbaycan tərəfindən vətənpərvər insanlar iştirak edir və bunlar dinc yolla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirlər. Ermənilər tərəfdən isə radikal erməni qruplaşmaları, heç bir hücum faktlarından, heç bir riyakarlıqdan çəkinməyərək Azərbaycana aid olan missiyalara, binalara Azərbaycan etnik mənsubiyətinə görə hücum etməklə məşğul olurlar”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan  Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.

“Mən erməni hakim rejiminə bildirmək istəyirəm ki, onların bu avantürası da boşa çıxacaq və boşa çıxmışdır da. Çünki dünyanın sivil ölkələri - harda bunlar sığınacaq tapıb yaşayırlar - heç vaxt imkan verməzlər ki, onların ölkələrində qanunun aliliyi, beynəlxalq hüquqa hörmət, irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Bu təxribatlar törədilirsə, bunların qarşısı qətiyyətlə alınacaq”, - o bildirib. 

Son xəbərlər

Orphus sistemi