Nazir müavini Xorvatiyada beynəlxalq konfransda Azərbaycanın üzləşdiyi mina problemini qaldırıb

Nazir müavini Xorvatiyada beynəlxalq konfransda Azərbaycanın üzləşdiyi mina problemini qaldırıb Oktyabrın 11-13-də Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiyaya səfəri baş tutub.
Xarici siyasət
16 Oktyabr , 2023 12:17
Nazir müavini Xorvatiyada beynəlxalq konfransda Azərbaycanın üzləşdiyi mina problemini qaldırıb

Oktyabrın 11-13-də Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiyaya səfəri baş tutub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini səfər çərçivəsində oktyabrın 11-12-də Zaqrebdə keçirilən Ukraynada humanitar minatəmizləmə üzrə Beynəlxalq Donorlar Konfransında iştirak edib. F.Rzayev konfransda çıxış edərək ölkəmizin üzləşdiyi mina problemi və onun ağır nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

F.Rzayev səfər zamanı Xorvatiya Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Dino Mihanoviç, parlamentin sədr müavini Davorko Vidoviç, xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Səfər zamanı Xorvatiyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri və ekspertlər ilə görüş keçirilmiş, görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Xorvatiya-Azərbaycan münasibətləri, bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib, regional vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi