XİN başçısından Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı açıqlama

XİN başçısından Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı açıqlama “Azərbaycanla dövlət sərhədinin delimitasiyası prosesinin nə zaman və hansı müddətə başa çatacağını söyləmək çətindir. 26 il ərzində heç bir hökumət bu məsələni həll edə bilməyib”.
Xarici siyasət
21 Dekabr , 2020 17:51
XİN başçısından Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı açıqlama
David Zalkaliani

“Azərbaycanla dövlət sərhədinin delimitasiyası prosesinin nə zaman və hansı müddətə başa çatacağını söyləmək çətindir. 26 il ərzində heç bir hökumət bu məsələni həll edə bilməyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsini icra edən David Zalkaliani parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

O qeyd edib ki, yeni komissiya çərçivəsində prosesi irəli aparmaq üçün mümkün olan hər bir addım atılacaq: “Həm Ermənistan, həm də Azərbaycan istiqamətində sərhədin 66%-i razılaşdırılıb. Digər hissələr, həmçinin David Qareci məbədi qalıb. Bura ən mürəkkəb və ən həssas hissədir”.

D.Zalkaliani Gürcüstan tərəfindən məsələnin həlli üçün siyasi iradənin olduğunu deyib: “Əsas strateji tərəfdaşımızla birgə siyasi-strateji maraqlarımız çərçivəsində məsələ üzrə həllə nail olmağa hazırıq. Variantlar və ideyalar çoxdur. Əlbəttə ki, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək kimi digər həll yolları da var”.

O əlavə edib ki, demarkasiya-delimitasiya prosesinin başa çatdırılmaması Gürcüstanın Avropa Birliyi və NATO-ya inteqrasiyası yolunda ciddi problemlər yarada bilər.

Son xəbərlər

Orphus sistemi