XİN başçısı: Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə, Gürcüstan üçbucağı formalaşıb

XİN başçısı: Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə, Gürcüstan üçbucağı formalaşıb Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb.
Xarici siyasət
15 Mart , 2024 11:22
XİN başçısı: Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə, Gürcüstan üçbucağı formalaşıb

Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi artıq bir reallıqdır və çoxsaylı tərəfdaşlara böyük imkan yaradır.

XİN başçısı qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də Gürcüstanda əsas investorlardandır: "Ölkəmizin tranzit potensialından istifadə edərək daha geniş nəqliyyat qovşaqlarının yaradılması sahəsində də bu gün razılığa gəldik. Yaxın dövrdə yeni və çox ciddi anonslara səbəb olacaq xəbərlərin şahidi olacağıq. Alternativ enerji sahəsində də birgə böyük uğurlara imza atacağıq”.

C.Bayramov söyləyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan, Türkiyə və Gürcüstan arasında yeni əməkdaşlıq sahələrinə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi