Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcəyik.
“Report” xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi təkcə yaxşı münasibətlərin göstəricisi deyil, həm də beynəlxalq hüquqa əməl edildiyini göstərir.
Nazir bildirib ki, ötən il Serbiya əhalisinin 15 faizi Kosovo ilə münasibətlərə görə öz evlərini tərk etmək məcburiyyətində qalıblar: "Rəsmi Belqrad Balkan regionunda təhlükəsizlik mühitinin yaradılması üçün çalışır. Serbiyada iqtisadi artım siyasəti ilə yanaşı, qonşularla dinc yanaşı yaşama siyasəti də həyata keçirilir. Beynəlxalq təşkilatlarda bizə daim dəstək göstərdiyinizə görə təşəkkür edirik”.