XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"

XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib" “Uzun illər ərzində Macarıstan Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib"
Xarici siyasət
10 Mart , 2021 13:06
XİN başçısı: Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib
Ceyhun Bayramov

“Macarıstan uzun illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddətdə Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xüsusilə Vətən müharibəsi dövründə Macarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndiririk”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi