XİN başçısı: "Ermənistanda aksiyaları təşkil edənlər ölkəni hazırkı uçurum vəziyyətinə gətirənlərdir"

XİN başçısı: "Ermənistanda aksiyaları təşkil edənlər ölkəni hazırkı uçurum vəziyyətinə gətirənlərdir" “Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur.
Xarici siyasət
230
10 May , 2022 11:36
 XİN başçısı: Ermənistanda aksiyaları təşkil edənlər ölkəni hazırkı uçurum vəziyyətinə gətirənlərdir
Ceyhun Bayramov

“Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin şəxslər Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər: "Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Onların arxasınca gedənlər ən yaxşı halda 5-6 min nəfərdir. Artıq xalq onların yalan vədlərinə inanmır".

Son xəbərlər

Orphus sistemi