XİN başçısı: “Azərbaycanla İtaliya arasında əlaqələr sıx və strateji xarakter daşıyır”

XİN başçısı: “Azərbaycanla İtaliya arasında əlaqələr sıx və strateji xarakter daşıyır” “Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yaxın və strateji xarakter daşıyır”.
Xarici siyasət
2 aprel 2022 09:23
XİN başçısı: “Azərbaycanla İtaliya arasında əlaqələr sıx və strateji xarakter daşıyır”
Ceyhun Bayramov

“Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yaxın və strateji xarakter daşıyır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, bu il Azərbaycan və İtaliya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir və Luici Di Mayonun Bakıya cari səfəri çox mühümdür.

İtaliya XİN başçısı 2018-ci ildə İtaliya Prezidentinin Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri zamanı isə “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalandığını xatırladıb. Bu sənəd iki ölkənin xarici işlər nazirlikləri arasında strateji dialoqu nəzərdə tutur.

Azərbaycan-İtaliya Strateji Dialoqunun ilk iclası isə bu gün Bakıda keçirilib, onun yekununda protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi