XİN başçısı: "Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsini dəstəkləyir"

XİN başçısı: "Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsini dəstəkləyir" ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın sədrliyi ilə GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü keçirilib.
Xarici siyasət
2 Dekabr , 2021 17:36
XİN başçısı: Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsini dəstəkləyir
Ceyhun Bayramov

ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın sədrliyi ilə GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi, habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə həmkarlarına məlumat verib.

O vurğulayıb ki, GUAM çərçivəsində müxtəlif istiqamətlər, o cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir və bu layihənin reallaşmasını dəstəkləyir.

GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir.

Son xəbərlər

Orphus sistemi