Antiterror tədbirləri qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoydu.
"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistanın davamlı olaraq öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya etməsi danışıqlarda əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verməyib.
“Bununla belə antiterror tədbirlərinin qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoyulmasında yeni imkanlar yaradıb. Ermənistanın təxminən 30 il ərzində törətdiyi cinayətlərin ifşa edilməsi istiqamətində işlər davam etdirilib. Bu məqsədlə beynəlxalq hüquqa uyğun olaraq müxtəlif addımlar atılıb”, - nazir deyib.