XİN başçısı: “ABŞ və Aİ Gürcüstanın bölgədə sülh təşəbbüsünü dəstəkləyir”

XİN başçısı: “ABŞ və Aİ Gürcüstanın bölgədə sülh təşəbbüsünü dəstəkləyir” “Gürcüstanın Cənubi Qafqazda sülh təşəbbüsünə ABŞ və Avropa İttifaqı tərəfindən aydın və güclü dəstək var”.
Xarici siyasət
27 Sentyabr , 2021 14:49
XİN başçısı: “ABŞ və Aİ Gürcüstanın bölgədə sülh təşəbbüsünü dəstəkləyir”
David Zalkaliani

“Gürcüstanın Cənubi Qafqazda sülh təşəbbüsünə ABŞ və Avropa İttifaqı tərəfindən aydın və güclü dəstək var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, sülh təşəbbüsü Cənubi Qafqazda vasitəçilik prosesinin gücləndirilməsi, həmçinin bölgədə konkret önəmli iqtisadi layihələrin həyata keçirilməsi deməkdir: “Biz bu formatda logistika, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, xalqlararası, mədəni münasibətlər, humanitar məsələləri nəzərdən keçiririk”.

D.Zalkaliani qeyd edib ki, təşəbbüslə bağlı yaxın zamanlarda ekspertlərin görüşü keçiriləcək və məsələ yüksək səviyyələrdə də müzakirə olunacaq: “Bu proses beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə də mütləq davam etdiriləcək”.

Son xəbərlər

Orphus sistemi