Azərbaycan XİN başçısı: Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcəyik

Azərbaycan XİN başçısı: Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcəyik Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək.
Xarici siyasət
23 Yanvar , 2025 16:31
Azərbaycan XİN başçısı: Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcəyik

Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib.

Görüş zamanı Azərbaycan və Türkiyənin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub.

Bu istiqamətdə Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi