XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir

XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir Hikmət Hacıyev: “Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”
Xarici siyasət
2 Oktyabr , 2017 10:18
XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilən "müstəqillik referendumu"na münasibət bildirib. 

"Report"un sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir: "Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq".

Son xəbərlər

Orphus sistemi