Azərbaycan XİN: Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq

Azərbaycan XİN: Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq "Bölgədə sülh və atəşkəsin bərqərar olmalıdır"
Xarici siyasət
17 Fevral , 2016 13:25
Azərbaycan XİN: Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır. "Report" xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır", - o qeyd edib

Son xəbərlər

Orphus sistemi