Yuxarı
    Bağlamaq

    XİN: Səfirlik Münhendə atışmanın qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır

    Silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb

    Bakı. 23 iyul. REPORT.AZ/ "Azərbaycanın Almaniyadakı səfirliyi Münhendə atışmanın qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır".

    Bunu "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O, səfirliyin diplomatlarının Almaniyanın müvafiq strukturları ilə daimi əlaqədə olduğunu bildirib.

    Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi