XİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

XİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
Xarici siyasət
10 İyul , 2015 16:30
XİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Bakı. 10 iyul. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. "Report"un məlumatına görə, Azərbaycan xarici işlər nazirinin Elmar Məmmədyarovun rəhbərlik etdiyi diplomatlar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən XİN əməkdaşları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar. Əbədi məşəl kompleksinin önünə əklil qoyulub. 

Ziyarətdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da iştirak edib. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi