​XİN rəhbəri: "Sudan Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

​XİN rəhbəri: "Sudan Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir" Əli Əhməd Karti iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin olduğunu qeyd edib
Xarici siyasət
18 Mart , 2015 14:05
​XİN rəhbəri: Sudan Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Bakı. 18 mart. REPORT.AZ/ Sudan və Azərbaycan arasında İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və digər qurumlar çərçivəsində yaxşı əməkdaşlıq fəaliyyəti mövcuddur.

"Report" xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli Əhməd Karti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Azərbaycan Dağlıq Qarabağ məsələsində Sudanın dəstəyini yüksək qiymətləndirir", - Məmmədyarov əlavə edib.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, bizim ölkə Sudanla iqtisadi əməkdaşlıqda maraqlıdır, tərəflər bir sıra layihələrin həyata keçirilməsi, həmçinin ikili vergi tətbiqindən azad olunması məsələsi haqqında müzakirələr aparıblar. Daha sonra nazir qeyd edib ki, Afrika ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan üçün böyük maraq kəsb edir. Nazir bu yaxınlarda Azərbaycan səfirliyinin Sudanda fəaliyyət göstərməsi ilə bağlı da məsələyə toxunub.

Öz növbəsində, Sudan XİN rəhbəri Əli Əhməd Karti qeyd edib ki, səfər müddətində Azərbaycanda başqa ölkələr üçün nümunə ola biləcək inkişaf və stabilliyi müşahidə edib. "Sudan Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir", - Ə.Karti bildirib.

Nazir iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin olduğunu qeyd edib. O, həmçinin sudanlı tələbələrin təhsil almaq üçün Azərbaycan Dövlət Neft Akademiyasına göndərilməsinin mümkünlüyü haqqında da danışıb.

Son xəbərlər

Orphus sistemi