Elmar Məmmədyarov İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavinini qəbul edib

Elmar Məmmədyarov İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavinini qəbul edib Bakı. 5 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycanda səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqı qəbul edib.
Xarici siyasət
5 Mart , 2019 23:40
Elmar Məmmədyarov İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavinini qəbul edib
Report

Bakı. 5 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycanda səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Kristina Marti Lanq səmimi qarşılanmaya görə təşəkkürünü ifadə edərək, Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin məhsuldar keçirildiyini bildirib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını qeyd edən K.M.Lanq Azərbaycanla İsveçrə arasında olan bu əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində müzakirələrin edildiyini vurğulayıb.

E.Məmmədyarov qarşı tərəfə bölgədə təhlükəsizliyə əsas hədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə ətraflı məlumat verib. Ermənistan siyasi rəhbərliyinin son bəyanatlarının danışıqlar prosesinə ciddi xələl gətirdiyi vurğulanıb. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllinin bölgəyə və konkret olaraq Ermənistan əhalisinə gətirəcəyi faydanı, rifahı düşünmək əvəzinə, əsassız bəyanatlarla sülh prosesinə zərər verdiyi İsveçrə rəsmisinin diqqətinə çatdırılıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirələr aparıb.

Son xəbərlər

Orphus sistemi