XİN rəhbəri: "İraqda olan azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır"

XİN rəhbəri: "İraqda olan azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır" Elmar Məmmədyarov: "Bu məsələ ilə bağlı işçi qrupu yaradılıb"
Xarici siyasət
16 Mart , 2018 12:06
XİN rəhbəri: İraqda olan azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır
Report/ Elchin Murad

Bakı. 16 mart. REPORT.AZ / "İraqda olan azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır."

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

XİN başçısının sözlərinə görə, bu məsələ ilə məşğul olan işçi qrupu yaradılıb.

"Onlar, ilk növbədə, araşdırmalıdır ki, bu ailələr hansı məqsədlə İraqdadır. Bu, asan məsələ deyil. Biz bu məsələ ilə bilavasitə yerli hökumətlə birgə məşğul oluruq", - E. Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi