Yuxarı
    Bağlamaq

    XİN: Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

    Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı veririk

    Bakı. 23 iyul. REPORT.AZ/ "Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

    Bu barədə "Report"а  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    "Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik", - Hikmət Hacıyev bildirib.

    Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi