​XİN: Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır

​XİN: Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır Hikmət Hacıyev: "Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi bu ölkənin rəsmi dövlət qurumları ilə işləyir"
Xarici siyasət
12 Sentyabr , 2015 09:02
​XİN: Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün Kəbədə qaldırıcı kranın aşması nəticəsində son məlumatlara görə 107 nəfər ölüb, azı 238 nəfər xəsarət alıb. Uzunluğu 50-55 metr olan kranın aşma səbəbinin fırtına olduğu bildirilir.

Hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi