XİN: London metrosunda törədilən terror aktında Azərbaycan vətəndaşları xəsarət almayıb

XİN: London metrosunda törədilən terror aktında Azərbaycan vətəndaşları xəsarət almayıb Hikmət Hacıyev: "Azərbaycan səfirliyi Böyük Britaniyanın müvafiq dövlət orqanları ilə təmasdadır"
Xarici siyasət
15 Sentyabr , 2017 15:36
XİN: London metrosunda törədilən terror aktında Azərbaycan vətəndaşları xəsarət almayıb
Report

Bakı. 15 sentybra. REPORT.AZ/ "İlkin məlumatlara əsasən, Londonun metrosunda törədilən terror aktı zamanı xəsarət alanlar sırasında Azərbaycan vətəndaşları yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Azərbaycan səfirliyi xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını dəqiqləşdirmək üçün Böyük Britaniyanın müvafiq dövlət orqanları ilə təmasdadır.

H.Hacıyev bildirib ki, əlavə məlumat olduğu zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi