XİN: İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

XİN: İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır Azərbaycanın İtaliyadakı səfirliyi bu məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır
Xarici siyasət
24 Avqust , 2016 11:23
XİN: İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi bu məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.

Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi