XİN: Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir

XİN: Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir.
Xarici siyasət
194
9 May , 2020 09:13
XİN: Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir
Xarici İşlər Nazirliyi / Report

"Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir". 

"Report" xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair yaydığı bəyanatda deyilir.

"Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin beşdə birini işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətləri törədən Ermənistanda bu kimi meyllərin müşahidə edilməsi bu ölkənin və onun rəhbərliyinin təcavüzkar xislətini aydın şəkildə nümayiş etdirir. Lakin, nasizmin şərəfsiz təcrübəsinin göstərdiyi kimi, bu meyllərin sonu özünü məhv etməkdən başqa bir şey deyildir.

Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə" qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər", - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi