XİN: Erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi - VİDEO

XİN: Erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi - VİDEO Bakı. 27 fevral. REPORT.AZ/ Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi.
Xarici siyasət
189
27 Fevral , 2019 11:54
XİN: Erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi - VİDEO
Report

Bakı. 27 fevral. REPORT.AZ/ "Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi".

Bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, bu ilin fevralın 26-da Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub: "Daşnaksütyun Partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri tərəfindən bu tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli “aksiya” keçirildi. Vurğulamaq istərdim ki, erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi. Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi. Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi". 

Son xəbərlər

Orphus sistemi