Xarici İşlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, təkbətək formatda başlayan və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə etdilər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.
Nazir Elmar Məmmədyarov 2015-ci ildə Azərbaycan Prezidenti
Görüş zamanı nazir Elmar Məmmədyarov, həmçinin Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Azərbaycan həmkarının ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla xatırlayan nazir Yekaterina Zaxaryeva, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənubi Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələri ilə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək olduğunu bildirib.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən onların mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Qara dəniz üzərindən bərə əlaqəsinin yaratdığı əlverişli perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda Bakı-Sofiya istiqamətində olan birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.