Yuxarı

XİN: Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı əlavə dəqiqləşdirici məlumat toplanır və zəruri tədbirlər görülür

Hikmət Hacıyev: Xarici İşlər Nazirliyi Əfqanıstan tərəfi ilə təmasdadır

Bakı. 19 may. REPORT.AZ/ "“SilkWay” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, “SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunan Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır: "Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi