​XİN: "Dubayda oteldə yanğın zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır"

​XİN: "Dubayda oteldə yanğın zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır" Yeni il gecəsi baş verən hadisə zamanı 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Xarici siyasət
1 Yanvar , 2016 11:22
​XİN: Dubayda oteldə yanğın zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

Bakı. 1 yanvar. REPORT.AZ/ Yeni il gecəsi Dubayın 63 mərtəbəli "Address Downtown" otelində baş verən yanğın zamanı, binada Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Hazırda Azərbaycanın Dubay Əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini əmirliyin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır. Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur", - deyə o bildirib.

Cümə axşamı baş verən yanğın zamanı yaranan basabasda 1 nəfər ürək tutmasından keçinib, 16 nəfər təxliyə zamanı yüngül xəsarət alıb. Yanğın binanın 20-ci mərtəbəsində baş qaldırıb və qısa bir zamanda göydələnin xeyli mərtəbəsini əhatə edib. Nəticədə binanın yalnız fasadının zərər gördüyü bildirilir.

"Address Downtown" binasının hündürlüyü 302,2 metrdir. Mehmanxana 2008-ci ildə istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi