XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır

XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır "Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür"
Xarici siyasət
28 Aprel , 2017 11:41
XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır
Hikmət Hacıyev

Bakı. 28 aprel. REPORT.AZ/ "Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".

"Report"un xəbərinə görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən bildirib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə, H.Hacıyev əlavə edib.

Xatırladaq ki, M.Zaxarova dünən Moskvada keçirdiyi brifinqdə Azərbaycan KİV-lərini tənqid edib.

Son xəbərlər

Orphus sistemi