XİN-də "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib

XİN-də "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xarici İşlər Nazirliyində Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti mövzusunda tədbir keçirilib.
Xarici siyasət
934
10 May , 2018 20:12
XİN-də Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti mövzusunda tədbir keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib. 

XİN-dən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov çıxış ediblər.

Tədbir zamanı məruzəçilər 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olduğunu və bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də köklü dəyişiklərin edildiyini nəzərə çatdırıblar.

Məruzəçilər ölkənin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, ələlxüsus Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyası haqqında iştirakçılara məlumat veriblər.

Daha sonra tədbir iştirakçıları Xarici İşlər Nazirliyinin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi