XİN-də Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb

XİN-də Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb Şuranın birinci iclası keçirilib
Xarici siyasət
17 Fevral , 2016 17:55
XİN-də Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Şura Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Bu gün xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, şuranın yaradılmasında əsas məqsəd ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi