Yuxarı
    Bağlamaq

    XİN başçısının müavini: “Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişi gələn ilin əvvəlində imzalana bilər”

    Hazırda saziş layihəsi ilə bağlı bəzi məsələlər müzakirə edilir© Report

    Bakı. 12 dekabr. REPORT.AZ/ “Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişi gələn ilin əvvəlində imzalana bilər”.

    “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    Onun sözlərinə görə, hazırda saziş layihəsi ilə bağlı bəzi məsələlər müzakirə edilir.

    “Ola bilsin ki, yanvar, yaxud fevral ayında bu məsələlər həll olunsun”, - XİN başçısının müavini əlavə edib.

    O deyib ki, bununla bağlı Avropa İttifaqının nümayəndələri Bakıya səfərə gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi