Yuxarı

XİN başçısının müavini Azərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəblərini açıqlayıb

Mahmud Məmmədquliyev: Azərbaycan ÜTT-lə danışıqlara hələ hazır deyil

Bakı. 3 dekabr. REPORT.AZ/ “Azərbaycanın Ümumdünya Ticarət Təşkilata üzvlük məsələsi ona görə uzanır ki, biz onlara lazım olan sənədləri təqdim etməmişik”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, ÜTT-nin öz qaydaları var: "Onlar qarşımızda suallar, təkliflər qoyublar, amma biz hələ onlara cavab verməmişik”.

M.Məmmədquliyev onu da əlavə edib ki, Azərbaycan ÜTT-lə danışıqlara hələ hazır deyil. “Bizim məqsədimiz ondan ibarətdir ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra da danışıqları intensivləşdirək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi