XİN başçısının müavini: “Azərbaycan Ukraynanın strateji tərəfdaşı və vacib dostudur”

XİN başçısının müavini: “Azərbaycan Ukraynanın strateji tərəfdaşı və vacib dostudur” “Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlarda Ukraynanın strateji tərəfdaşı və etibar edə biləcəyi vacib dostudur”.
Xarici siyasət
16 İyun , 2020 11:41

“Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlarda Ukraynanın strateji tərəfdaşı və etibar edə biləcəyi vacib dostudur”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar Kiyevdə Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə keçirilən “Hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kiyev və Bakının ikitərəfli əlaqələrin inkişafı üzrə dəqiq planı var, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla davam edir. “Azərbaycan Ukrayna üçün nümunəvi tərəfdaşdır”, - o fikrini tamamlayıb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova GUAM çərçivəsində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin iqtisadi komponentinin xüsusi əhəmiyyətini vurğulayıb.

ukrinform.ru
ukrinform.ru

O, konfrans zamanı “Heydər Əliyev. Şəxsiyyət və dövr” adlı üç cildlik kitabını təqdim edib. Səfirin fikrincə, Heydər Əliyevin sirrini Uinston Çörçillin dəyişən vəziyyətə uyğunlaşmağın yeganə yolunun onunla birlikdə dəyişmək olduğunu vurğulayan sözləri ilə izah etmək olar. E.Axundova vurğulayıb ki, Heydər Əliyev 27 il əvvəl ölkənin siyasi rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini təmin etmək üçün bir çox effektiv addımlar atılıb, o cümlədən qısa zamanda Azərbaycan ordusu yaradılıb, etnik qruplar arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa yardım edən azərbaycançılıq məfkurəsi yayılıb.

E.Axundova həmçinin Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə kimi kitabının Ukrayna dilində də işıq görəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi