XİN başçısı: "Venesuela Azərbaycanla münasibətlərə xüsusi önəm verir"

XİN başçısı: "Venesuela Azərbaycanla münasibətlərə xüsusi önəm verir" Bakı. 6 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat ilə görüşüb.
Xarici siyasət
1312
6 Aprel , 2018 13:32
XİN başçısı: Venesuela Azərbaycanla münasibətlərə xüsusi önəm verir

Bakı. 6 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, X.Monserrat nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Nazirlər ikitərəfli münasibətlərin hazırki durumu və əməkdaşlıq perspektivlərini müzakirə etdilər və diplomatik təmsilçiliyin əməkdaşlığın genişləndirilməsində önəmli olduğunu bildiriblər. X.Monserrat Venesuelanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Azərbaycanda Venesuela səfirliyinin açılmasının bunun göstəricisi olduğunu əlavə edib.

E.Məmmədyarov həmkarına nazirlər konfransına uğurlu sədrliyə görə təşəkkür edib və Venesuela və Azərbaycanın Qoşulmama Hərəkatı və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıb. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin təsisinin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi