Yuxarı
    Bağlamaq

    ​XİN başçısı: "Türkiyə terrorizmlə mübarizə və enerji layihələrinin təhlükəsizliyini üçün bütün tədbirləri görür"

    Türkiyə və Azərbaycan terrorizmlə mübarizə məsələsində həmrəydirlər

    Bakı. 16 sentyabr. REPORT.AZ/ "Türkiyə öz ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür". "Report" xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

    Onun sözlərinə görə, Türkiyə və Azərbaycan terrorizmlə mübarizə məsələsində həmrəydirlər və eyni mövqedən çıxış edirlər.

    "Terror qlobal problemdir. Türkiyə terrorizmlə mübarizə aparmaq və enerji layihələrinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür. Boru kəmərlərinə olan hər hansı bir təhlükə bütün Türkiyəyə qarşı yönəlib", - F.Sinirlioğlu deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi