XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"

XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır" "İki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır"
Xarici siyasət
15 Yanvar , 2018 12:35
XİN başçısı: Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır
Report/ Elshan Baba

Bakı. 15 yanvar. REPORT.AZ/ "Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin səviyyəsindən razıdır".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Azərbaycan ilə strateji tərəfdaşlığımızdan çox razıyıq", - diplomat bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, tərəflər müntəzəm tədbirlər, o cümlədən humanitar xarakterli tədbirlər keçirir, qarşılıqlı ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq planını müəyyənləşdirən hökumətlərarası komissiya fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi