XİN başçısı: "Ermənistan işğal etdiyi ərazilərdə İslam dininə aid maddi-mədəni və dini irsi talan edib"

XİN başçısı: "Ermənistan işğal etdiyi ərazilərdə İslam dininə aid maddi-mədəni və dini irsi talan edib" Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində İraqın xarici işlər nazirinin müavini Said Şorş Xalidi qəbul edib.
Xarici siyasət
5 Aprel , 2018 17:12
XİN başçısı: Ermənistan işğal etdiyi ərazilərdə İslam dininə aid maddi-mədəni və dini irsi talan edib
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində İraqın xarici işlər nazirinin müavini Said Şorş Xalidi qəbul edib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən iraqlı nazir müavini Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı toplantısının yüksək səviyyədə təşkilini xüsusilə vurğulayıb. 

Qoşulmama Hərəkatının Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini qeyd edən Said Şorş Xalidi ölkəmizin 2019-2022-ci illərdə NAM-a uğurla sədrlik edəcəyinə əminliyini söyləyib. 

İki ölkənin xalqları arasında tarixən mövcud olan dostluq əlaqələrinin mövcud olduğunu bildirən tərəflər bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahəsində əməkdaşlığın inkişafında əhəmiyyətli nailiyyətlərin nəzərə çarpdığını xüsusilə qeyd edib.

İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib.

Görüş zamanı həmçinin İƏT, NAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi