XİN başçısı: "Belçika Azərbaycanla əlaqələri dərinləşdirməyə hazırdır"

XİN başçısı: "Belçika Azərbaycanla əlaqələri dərinləşdirməyə hazırdır" Azərbaycan və Belçika diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edib
Xarici siyasət
21 Fevral , 2017 10:24
XİN başçısı: Belçika Azərbaycanla əlaqələri dərinləşdirməyə hazırdır

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan və Belçika diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edib.

"Report" xəbər verir ki, bununla əlaqədar Belçikanın Xarici İşlər, Xarici Ticarət və İnkişaf Naminə Əməkdaşlıq Nazirliyi bəyanat yayıb.

Bəyanatda baş nazir müavini və bu ölkənin xarici işlər naziri Didye Reynders Azərbaycan ilə ikitərəfli əlaqələri yüksək qiymətləndirib və əlaqələrin bu illər ərzində şaxələndiyini qeyd edib. O, Azərbaycan və Belçika xalqlarını birləşdirən dostluq əlaqələrini vurğulayıb.

"Belçika bu yubileyi alqışlayır və qanunun aliliyi və azad bazar kimi dəyərlərə hörmət etməklə, eləcə də sülh və təhlükəsizlik məsələləri üzrə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün Azərbaycan ilə münasibətləri dərinləşdirməyə hazırdır", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi