Yuxarı

XİN başçısı: "Azərbaycan və Almaniya arasında əlaqələr çox uğurla inkişaf edir"

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Azərbaycan və Almaniya arasında əlaqələr çox uğurla inkişaf edir".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir Almaniya şirkətlərinin Azərbaycan bazarında geniş fəaliyyət göstərdiyini qeyd edib. Bundan əlavə, E.Məmmədyarov Almaniyanın Azərbaycanda iri layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirib.

Azərbaycan XİN başçısı 2017-ci ildə almanların Azərbaycana köçürülməsinin 200 illiyinin qeyd olunacağını, Azərbaycanda alman irsinin qorunması üçün müvafiq tədbirlərin və işlərin həyata keçiriləcəyini vurğulayıb.

E.Məmmədyarov həmçinin görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu məsələni həll etməyin vaxtı çatıb: "Azərbaycan tərəfi qətiyyətli şəkildə Ermənistan Silahlı Qüvvələrinın Azərbaycan ərazisini tərk etməli olduğunu bildirdi. Status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi