XİN başçısı: "Azərbaycan Ermənistandakı "Metsamor" AES-in vəziyyəti ilə bağlı narahatdır"

XİN başçısı: "Azərbaycan Ermənistandakı "Metsamor" AES-in vəziyyəti ilə bağlı narahatdır" Elmar Məmmədyarov: "Nəsə baş versə, yalnız Ermənistan yox, hamı əziyyət çəkəcək"
Xarici siyasət
9 Fevral , 2017 15:54
XİN başçısı: Azərbaycan Ermənistandakı Metsamor AES-in vəziyyəti ilə bağlı narahatdır

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycan hakimiyyəti Ermənistandakı "Metsamor" AES-in vəziyyəti ilə bağlı narahatdır."

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA "Novosti"yə müsahibəsində bildirib.

"Regional tərəfdaşlarımızla hər zaman "Metsamor" AES-ə görə narahat oluruq. Bu, lap köhnəlib, "Çernobıl variantıdır". Yaxşı ki "Rosatom" müəyyən əlavə vəsait verir. Amma prinsipcə, bu stansiya artıq istifadə müddəti keçmiş obyektdir. Çünki Allah eləməsin, nəsə baş versə, yalnız Ermənistan yox, hamı əziyyət çəkəcək", -Azərbaycanın XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi