XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib

XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur”
Xarici siyasət
9 Yanvar , 2017 14:22
XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib. 

"Report" xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. 

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə XİN rəsmisi bildirib. 

Son xəbərlər

Orphus sistemi