XİN Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının Bakıda keçiriləcək görüşü barədə məlumat yayıb

XİN Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının Bakıda keçiriləcək görüşü barədə məlumat yayıb Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub
Xarici siyasət
17 İyul , 2017 14:03
XİN Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının Bakıda keçiriləcək görüşü barədə məlumat yayıb
Report

Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda iyulun 18-19-da Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları Elmar Məmmədyarov, Rəşid Meredov və Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin ilin iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin o zamankı dövlət başçısı Abdulla Gül və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

2015-ci il yanvarın 29-da Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

2015-ci il avqustun 28-də Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 2015-ci il oktyabrın 9-da Azərbaycan, Türkiyə və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi