XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir

XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.
Xarici siyasət
11 Oktyabr , 2019 14:06
XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir
Azərbaycan Xarici İşlər Nazirliyi / Report

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb. 

"Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi