XİN: Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır

XİN: Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildirib.
Xarici siyasət
12 Sentyabr , 2019 17:29
XİN: Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır
Xarici İşlər Nazirliyi / Report

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildirib. 

"Report"un xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin "seçkiləri" tanımır. 

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır", - XİN rəsmisi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi